25 fevral 2026. Çərşənbə

Filippe Koutinyo Moskva klubuna “yox” dedi


  • Transfer
  • 21:37 25.02.2026
  • Oxunma sayı: 35
Filippe Koutinyo Moskva klubuna “yox” dedi

"Barselona", "Liverpul" və "Bavariya"nın keçmiş yarımmüdafiəçisi Filippe Koutinyo "ÇSKA Moskva" klubunun transfer təklifini qəbul etməyə isti yanaşmır.

90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi karyerasını ABŞ-ın MLS liqasında davam etdirmək və ya ümumiyyətlə peşəkar futbolçu karyerasını başa vurmaq variantlarını nəzərdən keçirir. Braziliyalı futbolçu yaxın günlərdə qərarını verəcək.

Xatırladaq ki, Koutinyo daha əvvəl Braziliyanın "Vasko da Qama" klubu ilə müqaviləsini azarkeş təzyiqləri səbəbindən vaxtından əvvəl ləğv edib. Hazırda o, azad agent statusu daşıyır.

Braziliyalı futbolçu klub karyerası ərzində ən çox oyunu “Liverpul”un heyətində keçirib. O, Mersisayd təmsilçisinin formasında 201 matça çıxıb, 54 qol vurub və 44 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına əsasən, təcrübəli yarımmüdafiəçinin hazırkı bazar dəyəri 3,5 milyon avro təşkil edir.







Transfer