- Transfer
- 23:19 25.02.2026
PSJ-nin cinah oyunçusu Bredli Barkola karyerasını "Barselona"da davam etdirə bilər.
90deqiqe.Az-ın "L'Equipe"yə istinadən məlumatına görə, fransalı futbolçunun xidmətində Kataloniya təmsilçisi maraqlıdır. İspaniya nəhəngi artıq 23 yaşlı futbolçunun agenti ilə danışıqlara başlayıb.
Parislilər yay transfer pəncərəsində oyunçusunu satmağa hazırdırlar.
Paris klubu "Barselona"nı 70 milyon avro dəyərində qiymətləndirir.
Bredli Barkola 2023-cü ildə "Lion"dan PSJ-yə 45 milyon avroya keçib.Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Bu mövsüm cinah oyunçusu parislilərin heyətində bütün yarışlarda 33 oyunda meydana çıxıb, səkkiz qol vurub və altı məhsuldar ötürmə edib. "Transfermarkt" "Barselona"nı 70 milyon avro dəyərində qiymətləndirir.