12 aprel 2026. Bazar günü

“Arsenal” futbolçusunu satmayacaq


  • Transfer
  • 22:08 25.02.2026
  • Oxunma sayı: 336
 “Arsenal” futbolçusunu satmayacaq

Yay transfer pəncərəsində “Real Madrid” müdafiənin mərkəzini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın "Transfer News Live"a istinadən məlumatına görə, Madrid klubu “Arsenal”ın müdafiəçisi Qabriel barədə sorğu göndərib.

Lakin “Real”a tez bir zamanda bildirilib ki, Qabrielin komandadan ayrılması mümkün deyil. Keçən il braziliyalı futbolçu “Arsenal”la müqaviləsini yeniləyib və klub onu əsas oyunçulardan biri hesab edir.

Mütəxəssislər portalı Transfermarkt 28 yaşlı müdafiəçini 75 milyon avroya qiymətləndirir. Onun mövcud müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”