- Transfer
- 23:57 25.02.2026
Yarımmüdafiəçi Martin Odeqard bu yay "Arsenal"dan ayrıla bilər.
90deqiqe.Az-ın "TopSkills Sports UK"a istinadən məlumatına görə, norveçli ilə "Arsenal"ın baş məşqçisi Mikel Arteta arasında gərginlik qırılma nöqtəsinə çatıb.
Oyunçu son aylarda ona verilən vədləri dəfələrlə pozan London klubunun həm rəhbərliyi, həm də məşqçi heyəti tərəfindən ciddi şəkildə qiymətləndirilmədiyini hiss edir.
İndi Odeqard bu yay "Arsenal"dan ayrılmaqda qərarlıdır. "Bavariya"nın marağına baxmayaraq, norveçli "Mançester Yunayted"ə keçmək istəyir.
Martin Odeqard 2021-ci ildə "Real Madrid"dən "Arsenal"a 35 milyon avroya keçib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Yarımmüdafiəçi bu mövsüm "topçular"ın heyətində 27 oyunda iştirak edib, bir qol vurub və yeddi məhsuldar ötürmə edib.