26 fevral 2026. Cümə axşamı

Kaysedo “Çelsi”dən ayrılmır


  • Transfer
  • 23:19 25.02.2026
  • Oxunma sayı: 33
Kaysedo “Çelsi”dən ayrılmır

"Çelsi"nin futbolçusu Moyses Kaysedo yaxın zamanda komandanı tərk etməyi planlaşdırmır.

90deqiqe.Az xəbər verir ki, ekvadorlu yarımmüdafiəçi London klubu ilə yeni müqavilə imzalamaqda maraqlıdır. O, “zadəganlar”ın heyətində çıxışını davam etdirmək niyyətindədir və komandadakı mövqeyindən məmnundur.

Kaysedo 2023-cü ildə Braytondan “Çelsi”yə 116 milyon avro qarşılığında transfer olunub. Onun London təmsilçisi ilə mövcud müqaviləsi 30 iyun 2031-ci il tarixinədək qüvvədədir.

Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlər daxil olmaqla 35 oyunda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına əsasən, 23 yaşlı futbolçunun bazar dəyəri hazırda 110 milyon avro təşkil edir.







Transfer

Doğma klubuna qayıda bilər
  • Transfer
  • 23:57 25.02.2026
Doğma klubuna qayıda bilər