26 fevral 2026. Cümə axşamı

Doğma klubuna qayıda bilər


  • Transfer
  • 23:57 25.02.2026
  • Oxunma sayı: 37
Doğma klubuna qayıda bilər

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva cari mövsümün sonunda komandanı tərk edəcək.

90deqiqe.Az-ın "TopSkills Sports UK"a istinadən məlumatına görə, “şəhərlilər” portuqaliyalı yarımmüdafiəçi ilə müqaviləni uzatmayacaq və buna görə də yayda Silva azad agent statusu əldə edəcək.

31 yaşlı futbolçunun xidmətində "Benfika" maraqlıdır. “Qartallar” artıq yarımmüdafiəçinin nümayəndələri ilə mümkün qayıdışı müzakirə edirlər.

Eyni zamanda, "Barselona", PSJ, "Yuventus" və "Qalatasaray" da Silvanın gələcəyi ilə bağlı vəziyyəti diqqətlə izləyir.

Bernardo Silva 2017-ci ildə "Monako"dan "Mançester Siti"yə 50 milyon avro qarşılığında transfer olunub. Cari mövsümdə portuqaliyalı yarımmüdafiəçi bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Bernardo Silva "Benfika" akademiyasının yetirməsidir.







Transfer

Doğma klubuna qayıda bilər
  • Transfer
  • 23:57 25.02.2026
Doğma klubuna qayıda bilər