- Transfer
- 19:56 26.02.2026
"Red Bull" rəhbərliyi futbol üzrə qlobal bölmənin rəhbəri Yurgen Kloppun işindən razı deyil.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında əməkdaşlıq bir ildən sonra başa çata bilər. Avstriya şirkəti yayda alman mütəxəssisin məşqçi kimi fəaliyyətini bərpa etməsinə mane olmayacaq.
Kloppun adı xüsusilə "Real Madrid"lə əlaqələndirilir. Madrid klubunda onu uzunmüddətli perspektiv üçün əsas namizədlərdən biri hesab edirlər.
"Red Bull" isə mümkün əvəzləyici kimi "Kristal Pelas"ın baş məşqçisi Olivyer Qlasneri nəzərdən keçirir.
Xatırladaq ki, Klopp daha əvvəl İngiltərənin "Liverpul" klubunda uğurlu dövr keçirib.