27 fevral 2026. Cümə

Rodriqo uğrunda beş klub mübarizə aparır


  • Transfer
  • 12:30 27.02.2026
  • Oxunma sayı: 23
Rodriqo uğrunda beş klub mübarizə aparır

"Real Madrid"in hücumçusu Rodriqo cari mövsüm bitdikdən sonra klubunu dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, "İnter" Rodriqonun "Real Madrid"dəki vəziyyətini diqqətlə izləyir. Milan təmsilçisi artıq futbolçunun agenti ilə əlaqədə saxlayıb.

İngiltərənin "Arsenal", "Çelsi" və "Tottenhem", eləcə də Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu da hücumçu ilə maraqlanır. Əgər "İnter" braziliyalı futbolçu ilə razılıq əldə etməsə, sözügedən klublar futbolçu üçün danışıqlara başlayacaqlar.

Qeyd olunub ki, Rodriqo "Real Madrid"də qalmaq istəyir, lakin ehtiyat oyunçular skamyasında oturmağa hazır deyil.

Bu mövsüm 25 yaşlı futbolçu bütün turnirlərdə 26 oyun keçirib, üç qol vurub və altı məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, Rodriqonun dəyəri 60 milyon avrodur. 2024-cü ilin yayında braziliyalı futbolçu 110 milyon avro dəyərində qiymətləndirilib.







Transfer

Klopp "Red Bull"dan ayrıla bilər
  • Transfer
  • 19:56 26.02.2026
Klopp "Red Bull"dan ayrıla bilər
Doğma klubuna qayıda bilər
  • Transfer
  • 23:57 25.02.2026
Doğma klubuna qayıda bilər