- Transfer
- 23:45 27.02.2026
İtaliyalı mütəxəssis Roberto de Zerbi Fransanın "Marsel" klubunun baş məşqçi postundan ayrılıb.
90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, de Zerbi növbəti mövsümdə İngiltərə Premyer Liqasında çalışmaq variantını dəyərləndirir.
Bildirilir ki, 44 yaşlı çalışdırıcı seçim qarşısında qalacağı təqdirdə "Tottenhem"ə rəhbərlik etməyə "Mançester Yunayted"dən daha çox üstünlük verər.
Qeyd edək ki, Roberto de Zerbi daha əvvəl də İngiltərədə işləyib. O, 2022–2024-cü illərdə "Brayton"un baş məşqçisi olub.
Xatırladaq ki, “Tottenhem” yaxın vaxtlarda baş məşqçi Tomas Frankla yollarını ayırıb və mövsümün sonunadək komandaya Igor Tudor rəhbərlik edəcək. “Mançester Yunayted” isə Ruben Amorimlə vidalaşdıqdan sonra sükanı müvəqqəti olaraq Maykl Karrikə həvalə edib.
Hazırda de Zerbinin gələcək karyerası ətrafında müzakirələr davam edir.