- Transfer
- 23:45 27.02.2026
Portuqaliya millisinin keçmiş mərkəz müdafiəçisi Bruno Alveş futboldakı karyerasını başa vurduqdan sonra rəhbərlik fəaliyyətinə başlayıb.
90deqiqe.Az xəbər verir ki, Alveş “Rio Ave” klubunun baş məşqçi postuna təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Alveş üçün bu, rəhbər vəzifədə ilk təcrübəsi deyil – 2022–2025-ci illərdə o, “AEK Afina” klubunda idman direktoru kimi çalışıb.
Futbolçu karyerasını 2021-ci ildə Yunanıstanın “Apollon Smirnis” klubunda başa vuran Alveş, “Portu” yetirməsi olaraq 11 il peşəkar karyerasını burada davam etdirib. O, 2010–2013-cü illərdə “Zenit” , 2013–2016-cı illərdə isə “Fənərbağça” klubunda çıxış edib.