28 fevral 2026. Şənbə

Vlahoviç yayda “Barselona”ya keçə bilər


  • Transfer
  • 22:30 27.02.2026
  • Oxunma sayı: 49
Vlahoviç yayda “Barselona”ya keçə bilər

Transfer bazarında adı tez-tez hallanan Duşan Vlahoviçin gələcəyi ilə bağlı vəziyyət dəyişməz olaraq qalır.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, serbiyalı hücumçunun əsas hədəfi karyerasını "Barselona" klubunda davam etdirməkdir.

26 yaşlı forvardın “Yuventus” ilə yeni müqavilə danışıqları bir neçə dəfə dalana dirənib. Tərəflər arasında tam razılıq əldə olunmasa da, futbolçu ilə klub arasında münasibətlərin normal səviyyədə olduğu vurğulanır.

İddialara görə, Kataloniya təmsilçisi yay transfer dönəmində Vlahoviçi azad agent statusunda heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, serbiyalı hücumçu “Yuventus” forması ilə 162 rəsmi matçda 64 qola imza atıb, həmçinin komanda yoldaşlarına 16 assistlə töhfə verib.







Transfer