- Transfer
- 23:45 27.02.2026
"Barselona" "Mançester Yunayted"dən cinah yarımmüdafiəçisi Markus Reşfordu transfer etmək qərarına gəlib.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, transfer kataloniyalılar üçün 30 milyon avroya başa gələcək. Bu məbləğ əvvəlcədən razılaşdırıldığı kimi üç hissədə – hər biri 10 milyon avro olmaqla – bir neçə il ərzində ödəniləcək.
Kataloniya klubu artıq ingilis futbolçu ilə müqavilə şərtlərini də razılaşdırıb. Yeganə maneə isə maliyyə ədalətliliyi qaydalarından irəli gələn limitlərdir.
"Barselona" ötən yay Markus Reşfordu "Mançester Yunayted"dən icarəyə götürüb.
Oyunçu Hans-Diter Flikin komandasında bütün yarışlarda 34 oyunda on qol vurub və 13 məhsuldar ötürmə edib.