28 fevral 2026. Şənbə

"Liverpul" özünə yeni cinah müdafiəçisi tapıb


  • Transfer
  • 23:45 27.02.2026
  • Oxunma sayı: 43
"Liverpul" özünə yeni cinah müdafiəçisi tapıb

"Palmeyras"ın cinah oyunçusu Allan cari mövsümün sonunda "Liverpul"a keçə bilər.

90deqiqe.Az xəbər verir ki, 21 yaşlı futbolçunun xidmətində Mersisayd təmsilçisi maraqlıdır. "Palmeyras" gənc futbolçunu yayda satmağa hazırdır, lakin yalnız yüksək məbləğ qarşılığında. Klub rəhbərliyi tələsmir, çünki perspektivli oyunçunun dəyərinin daha da artacağını hesab edir.

Allanın hazırkı "Transfermarkt"dakı qiyməti 10 milyon avrodur və onun hazırkı müqaviləsi 2029-cu ilin sonuna qədərdir. Hücumun sağ cinahında oynayan gənc braziliyalı bu mövsüm 12 matçda üç qol vurub.







Transfer