28 fevral 2026. Şənbə

"Aston Villa" ingilis uğrunda mübarizədə liderdir


  • Transfer
  • 17:25 28.02.2026
  • Oxunma sayı: 45
"Aston Villa" ingilis uğrunda mübarizədə liderdir

"Mançester Siti"nin qapıçısı Ceyms Trafford bu mövsüm az oyun imkanı əldə edib.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, gənc qolkiper bu səbəbdən yayda komandadan ayrılmaq ehtimalını nəzərdən keçirir.

Trafford üçün hazırda əsas namizəd "Aston Villa" olsa da, "Lids Yunayted", "Nyukasl Yunayted," "Tottenhem" və "Vest Hem" də vəziyyəti yaxından izləyirlər.

23 yaşlı qapıçı Transfermarkt portalı tərəfindən 25 milyon avro qiymətində qiymətləndirilir. Mövsüm ərzində o, 11 rəsmi oyunda iştirak edib və 9 qol buraxıb.

Fevralın 28-də “Mançester Siti” İngiltərə Premyer Liqasında səfərdə "Lids Yunayted" ilə qarşılaşacaq.







Transfer