22 oktyabr 2024. Çərşənbə axşamı

Manchester United'in 91 milyonluq təklifini rədd etdilər


  • Transfer
  • 12:01 04.12.2018
  • Oxunma sayı: 767
Manchester United'in 91 milyonluq təklifini rədd etdilər

Manchester United'in Napoli'nin müdafiəçisi Kalidou Koulibaly'ı transfer etmək cəhdi yenə boşa çıxıb.

Corner.az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, Neapol təmsilçisi qırmızı şeytanların növbəti təklifini də geri çevirib.İtaliya klubu seneqallı müdafiəçini 91 milyon pounda satmaqdan imtina edib.

Xatırladaq ki, Napoli bir müddət öncə Manchester United'in 27 yaşlı futbolçu üçün 77 milyonluq təklifini də rədd etmişdi.

Qeyd edək ki, təcrübəli futbolçuyla Liverpool,Chelsea və Real Madrid klublarıda maraqlanır








Transfer