- Transfer
- 18:00 28.02.2026
“Liverpul”ın əsas qapıçısı Alisson Beker yayda komandadan ayrılmayacaq.
90deqiqe.Az-ın “Football Insider”ə istinadən məlumatına görə, 33 yaşlı qapıçı “Yuventus”un marağına baxmayaraq satışa çıxarılmayıb, klub isə onun “Enfild”də qalmasına qərarlıdır.
Braziliya millisinin üzvü 2018-ci ildən “Liverpul”un heyətində çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 29 oyuna çıxıb, 30 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb. Onun Mersisayd klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.