- Transfer
- 18:00 28.02.2026
"Vest Hem"in cinah yarımmüdafiəçisi Jarrod Bouen mövsümün sonunda klubunu dəyişə bilər.
90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, 29 yaşlı futbolçunun xidmətinə maraq göstərən klublar arasında "Mançester Yunayted" və "Tottenhem" var. Sözügedən klublar artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıblar. “Moltoboylar” isə futbolçunu 60 milyon avro dəyərində qiymətləndirirlər.
Jarrod Bouen ilə “Vest Hem”in müqaviləsi 2030-cu ilin ortalarına qədərdir. Cari mövsümdə o, 29 oyunda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Hazırda “Vest Hem” Premyer Liqa turnir cədvəlində aşağı yerlərdə qərarlaşıb.