1 mart 2026. Bazar günü

“Liverpul” Salahın əvəzinə onu transfer edəcək


  • Transfer
  • 17:28 01.03.2026
  • Oxunma sayı: 29
“Liverpul” Salahın əvəzinə onu transfer edəcək

"Real Madrid"in yarımmüdafiəçisi Rodriqo Qoes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçunun xidmətində "Liverpul" klubu maraqlıdır. Mersisayd klubu braziliyalı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı etməyi düşünür.

Rodriqo bu yay "Enfild"dən ayrılacağı ehtimal olunan hücumçu Məhəmməd Salahın potensial əvəzedicisi ola bilər.

"Liverpul"dan başqa, "İnter", "Əl-Hilal", "Arsenal", "Çelsi" və "Tottenhem" də onunla maraqlanır. Əgər "Liverpul" klubu futbolçunun transferi ilə bağlı razılıq əldə edə bilməsə sözügedən klublar futbolçu üçün hərəkətə keçəcəklər.

Bu mövsüm Rodriqo bütün turnirlərdə 26 oyunda meydana çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, Rodriqonun dəyəri 60 milyon avrodur.







Transfer