- Transfer
- 23:53 02.03.2026
Yarımmüdafiəçi Ueston Makkenni karyerasını “Yuventus” klubunda davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, amerikalı futbolçu ilə yeni müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni anlaşmaya əsasən, 26 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2030-cu ilin yayına qədər qüvvədə olacaq.
Bundan əvvəl İtaliya mətbuatında futbolçu ilə "İnter" klubunun maraqlandığı barədə xəbərlər yayılmışdı.
U. Makkenni 2020-ci ildə “Yuventus”a transfer olunub. O, əvvəlcə icarə əsasında Turin klubuna qoşulub, daha sonra isə tərəflər arasında tamhüquqlu müqavilə imzalanıb.
Cari mövsümdə yarımmüdafiəçi “Yuventus”un heyətində 38 oyunda meydana çıxıb. O, bu görüşlərdə 8 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.