3 mart 2026. Çərşənbə axşamı

Tino Livramento “Mançester Siti”yə keçə bilər


  • Transfer
  • 23:44 02.03.2026
  • Oxunma sayı: 31
Tino Livramento “Mançester Siti”yə keçə bilər

"Nyukasl"ın müdafiəçisi Tino Livramento karyerasını "Mançester Siti"də davam etdirə bilər.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə,23 yaşlı futbolçunun transferi üçün “şəhərlilər” təxminən 80 milyon avro ayırmağa hazırdır.

"Nyukasl"ın oyunçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlarda irəliləyiş əldə edə bilmədiyi bildirilir. Livramento 2023-cü ildən "Nyukasl"da çıxış edir. Bu mövsüm müdafiəçi bütün yarışlarda 19 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib.

Livramentonun "Nyukasl"la müqaviləsi 2028-ci ilə qədərdir. "Transfermarkt" onun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.







Transfer