3 mart 2026. Çərşənbə axşamı

Alessandro Bastoni “Arsenal”a keçə bilər


  • Transfer
  • 23:51 02.03.2026
  • Oxunma sayı: 33
Alessandro Bastoni “Arsenal”a keçə bilər

İtaliya millisinin və "İnter" klubunun müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın “Caught Offside”yə istinadən məlumatına görə, 26 yaşlı futbolçu ilə "Arsenal" maraqlanır. London klubu artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb. "İnter" rəhbərliyi də danışıqlara açıqdır və Bastoninin satışından 90-100 milyon avro qazanmağı planlaşdırır.

Futbolçunun Milan təmsilçisi ilə müqaviləsi 2028-ci ilin ortasına qədər qüvvədədir. Bastoni 2017-ci ildən "İnter"də çıxış edir. Cari mövsümdə müdafiəçi 33 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.







Transfer