3 mart 2026. Çərşənbə axşamı

8:0 qalib gəldilər, baş məşqçi göndərildi - “Flamenqo”da şok qərar


  • Transfer
  • 13:15 03.03.2026
  • Oxunma sayı: 21
8:0 qalib gəldilər, baş məşqçi göndərildi   - “Flamenqo”da şok qərar

 Braziliyanın “Flamenqo” klubunda gözlənilməz qərar qəbul olunub.

90deqiqe.Az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Filipe Luis vəzifəsindən göndərilib. Bu barədə Braziliyanın nüfuzlu “Globo” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər əməkdaşlığa son qoyulması barədə qərarı hələ oyundan əvvəl qəbul ediblər. Buna baxmayaraq, komanda çempionat matçında “Madureyra”nı 8:0 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, Filipe Luis 2024-cü ildən etibarən Braziliya təmsilçisini çalışdırırdı.

O, futbolçu karyerası ərzində Londonun “Çelsi” və Madridin “Atletiko” klublarının formasını geyinib. Müdafiəçi İspaniya və İngiltərə çempionu olub, həmçinin Avropa Liqasının qalibi adını qazanıb.

Braziliya millisinin də şərəfini qoruyan Filipe Luis yığmanın heyətində 44 oyuna çıxıb və iki qol vurub.







Transfer