- Transfer
- 15:53 03.03.2026
"Korintians"ın müdafiəçisi Mateusinyo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Daily Arsenal"a istinadən məlumatına görə, 25 yaşlı sağ cinah müdafiəçisi ilə "Arsenal" klubu maraqlanır.
Mənbənin məlumatına görə, “topçular” rəhbərliyi Mateusinyoya keçid üçün rəsmi təklif göndərib. Transferdə şəxsi maraq isə klubun baş məşqçisi Mikel Arteta tərəfindən göstərilir.
Braziliyalı müdafiəçinin bazar qiyməti 6 milyon avro qiymətləndirilir. Hal-hazırda onun mövcud müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir. Cari mövsümdə Mateuzinyo 13 oyunda iştirak edib və bir qol vurub.