3 mart 2026. Çərşənbə axşamı

"Bavariya" Harri Keynin yerinə hücumçu tapıb


  • Transfer
  • 21:27 03.03.2026
  • Oxunma sayı: 39
"Bavariya" Harri Keynin yerinə hücumçu tapıb

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, "Bavariya" nigeriyalı futbolçunu gələcəkdə Harri Keynin əvəzləyicisi kimi görür. Komandanın baş məşqçisi Vinsent Kompanidə bu variantı dəstəkləyib.

Eyni zamanda, PSJ yüksək transfer məbləği (150 milyon avro) və illik 20 milyon avro maaş səbəbindən Osimhenin transferi ideyasından imtina edib. Paris klubunun baş məşqçisi Luis Enrike də futbolçunu komanda üçün prioritet güclənmə hesab etmir.

Bildirilir ki, "Mançester Yunayted", "Yuventus" və "Atletiko Madrid" hazırda bu transfer üzərində çalışmır. Səudiyyə Ərəbistanından olan maraq isə futbolçunu cəlb etmir.







Transfer

Alisson İtaliyaya qayıda bilər
  • Transfer
  • 22:41 03.03.2026
Alisson İtaliyaya qayıda bilər