4 mart 2026. Çərşənbə

Alisson İtaliyaya qayıda bilər


  • Transfer
  • 22:41 03.03.2026
  • Oxunma sayı: 15
Alisson İtaliyaya qayıda bilər

"Liverpul"un qapıçısı Alisson Beker karyerasını yenidən İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın "La Repubblica"ya istinadən məlumatına görə, braziliyalı qolkiperin xidmətində "İnter" və "Yuventus" maraqlıdır. Hər iki İtaliya nəhəngi yay transfer pəncərəsində qapıçı mövqeyini gücləndirməyi planlaşdırır və Alisson əsas namizəd kimi nəzərdən keçirilir. Artıq təcrübəli oyunçuun agenti ilə ilkin danışıqlara da başlanılıb.

Alisson 2018-ci ildə "Roma"dan "Liverpul"a 72 milyon avro qarşılığında transfer olunub. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Braziliyalı qolkiper cari mövsümdə bütün turnirlərdə 30 matçda forma geyinib, 32 qol buraxıb və 12 oyunda qapısını toxunulmaz saxlayıb.

Transfermarkt portalının məlumatına görə, Alissonun bazar dəyəri 17 milyon avrodur.







Transfer

Alisson İtaliyaya qayıda bilər
  • Transfer
  • 22:41 03.03.2026
Alisson İtaliyaya qayıda bilər