- Transfer
- 23:48 03.03.2026
"Komo"nun yarımmüdafiəçisi Nikolas Pas "İnter"in maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın "TuttoMercatoWEB"ə istinadən məlumatına görə, Milan klubu argentinalı futbolçunu yay transfer pəncərəsində komandaya qatmaq istəyir. “İnter” Pası ideal oyunçu hesab edir; onun gəlişi komandanın oyun keyfiyyətini yüksəldə və taktiki olaraq “3-5-2” sisteminə keçid imkanını təmin edə bilər.
Bununla belə, "İnter" Pazı almaq imkanı olan "Real Madrid"dən sərt rəqabətlə üzləşəcək.
Qeyd edək ki, Nikolas Pas 2024-cü ildə "Real Madrid"dən “Komo”ya 6 milyon avroya transfer olunub. Onun müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.
Cari mövsümdə yarımmüdafiəçi 29 oyunda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.