- Transfer
- 21:30 04.03.2026
"Mançester Yunayted" yarımmüdafiəçi Bruno Fernandeşin ən azı bir mövsüm daha klubda qalacağına ümid edir.
90deqiqe.Az-ın "talkSPORT"a istinadən məlumatına görə, klub rəsmiləri 31 yaşlı yarımmüdafiəçinin növbəti mövsümdə də “qırmızı şeytanlar”ın formasını geyinməyə meylli olduğunu düşünürlər.
"Mankunianlar" hazırda çempionatda üçüncü pillədə qərarlaşıb və Çempionlar Liqasına vəsiqə uğrunda real şanslarını qoruyur. Bu faktorun Fernandeşin qərarına müsbət təsir etdiyi vurğulanır.
Xatırladaq ki, portuqaliyalı futbolçu 2020-ci ilin yanvarında komandaya qoşulub. O, indiyədək 317 rəsmi görüşdə 105 qol vurub və 100 qolun ötürməsini verib. Fernandeşin müqaviləsi 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulub.