25 iyun 2026. Cümə axşamı

Naqelsmann “Mançester Yunayted”in baş məşqçi postuna namizəddir


  • Transfer
  • 20:49 04.03.2026
  • Oxunma sayı: 236
Naqelsmann “Mançester Yunayted”in baş məşqçi postuna namizəddir

Maykl Kerrik mövsümün sonunadək "Mançester Yunayted"də işləməyə davam edəcək.

90deqiqe.Az-ın "talkSPORT"a istinadən məlumatına görə, klub rəhbərliyi isə yayda baş məşqçi postu ilə bağlı yekun qərar verəcək.

"Old Trafford”da baş məşqçi vəzifəsinə maraq göstərənlərdən biri də Xulian Naqelsmanndır. Lakin klub daxilindəki mənbələr alman mütəxəssisin bu posta təyinat şansını yüksək qiymətləndirmir.

Naqelsmann hazırda Almaniya millisini Dünya Kubokuna hazırlayır. Qrup mərhələsində Bundestim Kyurasao, Fil Dişi Sahili və Ekvadorla qarşılaşacaq. "Mançester Yunayted" hazırda Premyer Liqa turnir cədvəlində üçüncü yerdədir.

 







Transfer

Asensio "Real"da qalmaq istəyir
  • Transfer
  • 23:16 24.06.2026
Asensio "Real"da qalmaq istəyir