- Transfer
- 13:20 05.03.2026
"Hoffenhaym" klubunun mərkəz hücumçusu Fisnik Asllani karyerasını "Barselona"da davam etdirə bilər.
90deqiqe.Az-ın "Diario SPORT"a istinadən məlumatına görə, “mavi-qranatlar” 23 yaşlı forvardını heyətinə qatmaq variantını nəzərdən keçirir. "Blauqrana" artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Digər Avropa klublarının da Asllanini izlədiyi bildirilir, lakin oyunçunun özü "Barselona"ya keçməyi arzulayır.
Onun müqaviləsində 30 milyon avroluq sərbəst qalma bəndi var.
Bu mövsüm Asllani bütün turnirlərdə 25 oyunda meydana çıxıb, səkkiz qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun "Hoffenhaym"la hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.