- Transfer
- 15:02 05.03.2026
Braziliyanın “Flamenqo” klubu yeni baş məşqçisini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis Leonardu Jardim karyerasını Braziliya çempionatında davam etdirəcək. 51 yaşlı məşqçi ilə 2027-ci ilin dekabr ayının sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Bildirilir ki, Jardim artıq komanda ilə işə başlayıb.
Qeyd edək ki, bu həftə “Flamenqo”nun baş məşqçisi Filipi Luis vəzifəsindən ayrılmışdı. Mütəxəssis komandanın “Madureyra” üzərində 8:0 hesablı böyük qələbəsindən sonra postunu tərk etmişdi.