6 mart 2026. Cümə

"Real" fransalı futbolçunu "qaralayıb"


  • Transfer
  • 22:14 05.03.2026
  • Oxunma sayı: 43
"Real" fransalı futbolçunu "qaralayıb"

"Real Madrid"in bu yay mərkəzi müdafiəsini gücləndirməyə hazırlaşır.

90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumatına görə, Madrid klubu mərkəz müdafiəçisi mövqeyi üçün prioritet namizədi İbrahima Konatedir.

Mənbə bildirir ki, Konate artıq İngiltərədən ayrılmağa hazırdır. Onun "Liverpul" ilə müqaviləsi yayda başa çatır. 25 mayda futbolçu 27 yaşını qeyd edəcək.

Fransalı müdafiəçi “Liverpool”da 169 rəsmi matçda çıxış edib, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.

Hazırda "Real Madrid" La Liqa cədvəlində ikinci sıradadır və lider "Barselona"dan dörd xal geri qalır.







Transfer