6 mart 2026. Cümə

“Mançester Yunayted” yeni baş məşqçi axtarışındadır


  • Transfer
  • 22:18 05.03.2026
  • Oxunma sayı: 45
“Mançester Yunayted” yeni baş məşqçi axtarışındadır

“Mançester Yunayted” hazırda baş məşqçi bazarını araşdırır.

90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumatına görə, “qırmızı şeytanlar” hazırda əsasən üç namizədi nəzərdən keçirirlər.

Siyahıda yer alan namizədlər: Yulian Naqelsmann (Almaniya milli komandası), Roberto Martinez (Portuqaliya milli komandası) və Roberto De Zerbi (hazırda komandası yoxdur).

Eyni zamanda, Karlo Ançelotti (Braziliya milli komandası) və Tomas Tuhxel (İngiltərə milli komandası) hazırda "Mançester Yunayted"in namizədlər siyahısında yer almır.

2025/2026 mövsümünü klub Maykl Karrik ilə tamamlayacaq. Qeyd edək ki, komanda son oyununda səfərdə "Nyukasl"a 1:2 hesabı ilə uduzub.







Transfer