6 mart 2026. Cümə

“Mançester Siti” Rodri üçün əvəzləyici tapdı


  • Transfer
  • 22:42 05.03.2026
  • Oxunma sayı: 46
“Mançester Siti” Rodri üçün əvəzləyici tapdı

"Nottinghem Forest"in yarımmüdafiəçisi Elliot Anderson karyerasını "Mançester Siti"də davam etdirə bilər.

90deqiqe.Az-ın "talkSPORT"a istinadən məlumatına görə, 23 yaşlı futbolçunun xidmətində “şəhərlilər” maraqlıdır. Klub artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.

Anderson “şəhərlilər” və “qırmızı şeytanlar” arasında seçim etməli olsa, üstünlük "Mançester Siti"yə verəcək.

Məlumata görə, “Mançester Siti” Andersonu əsasən uzunmüddətli Rodri əvəzləyicisi kimi nəzərdən keçirir və hər hansı transferin həyata keçirilməsi Rodrinin klubu tərk edib-etməyəcəyindən asılı olacaq.

23 yaşlı Anderson "Nottinghem Forest" ilə müqaviləsini 2029-cu ilin yayına qədər uzadıb. Futbolçu "Nyukasl"ın yetirməsidir. Cari mövsümdə Anderson Premyer Liqa və Avropa Liqasında klub üçün 37 matçda çıxış edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.







Transfer