Fransa millisinin sabiq yarımmüdafiəçisi Jeremi Menezin yeni klubu müəyyənləşib.
Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu ölkəsinin “Paris” klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Menezin son klubu Meksika təmsilçisi “Amerika” olub. “Soşo”nun yetirməsi olan futbolçu, karyerası ərzində “Monako”, “Roma”, PSJ, “Milan”, “Bordo”, “Antalyaspor” klublarında da forma geyinib.