- Transfer
- 23:31 06.03.2026
“Liverpul” klubunun yarımmüdafiəçisi Aleksis Mak Allister karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az-ın "Planeta Real Madrid"ə istinadən məlumatına görə, Argentina millisinin üzvü ilə Madridin “Real” klubunun maraqlanır.
Məlumata görə, “Liverpul” rəhbərliyi hazırda komandanın əsas yarımmüdafiəçilərindən sayılan Mak Allisterlə yollarını ayırmağı planlaşdırmır. Bununla belə, Madrid təmsilçisi futbolçunun transferi üçün danışıqlara başlasa, İngiltərə klubu oyunçu üçün yüksək məbləğ tələb edəcək.
Qeyd edək ki, Aleksis Mak Allisterin “Liverpul”la mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Argentina millisinin üzvünün bazar dəyəri isə təxminən 85 milyon avro qiymətləndirilir.