21 aprel 2026. Çərşənbə axşamı

Tanınmış futbolçu özünə yeni klub tapdı


  • Transfer
  • 22:43 06.03.2026
  • Oxunma sayı: 210
Tanınmış futbolçu özünə yeni klub tapdı

İngilis futbolçu Cessi Linqard yenidən klub karyerasına başlayıb.

90deqiqe.Az xəbər verir ki, "Korintians" klubu 33 yaşlı futbolçu ilə müqavilə bağlayıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçunun müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub və ona əlavə bir illik uzatma seçimi də daxil edilib.

Cessi Linqard futbol dünyasında əsasən Manchester Uniteddəki çıxışları ilə tanınır. O, “Qırmızı şeytanlar”ın əsas komandası üçün 232 oyun keçirib, 35 qol vurub və 21 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Korintians”ın növbəti matçı 11–12 mart gecəsi "Koritiba" ilə Braziliya Seria A çərçivəsində baş tutacaq.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro