7 mart 2026. Şənbə

“Real" 120 milyona bu ulduzu alır


  • Transfer
  • 23:18 06.03.2026
  • Oxunma sayı: 55
“Real" 120 milyona bu ulduzu alır

"Real Madrid" yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, La Liqa nəhəngi yeni yarımmüdafiəçi transferini əsas hədəf kimi müəyyən edib.

Məlumata görə, Vitinya Madrid klubuna qoşulmayacaq, buna görə də diqqət Enzo Fernández üzərinə yönəlib.

"Real Madrid" "Çelsi"nin futbolçusu Enzo Fernandesin transferi üçün 120 milyon avro təklif etməyi planlaşdırır. Argentinalı futbolçu klub prezidenti Florentino Peres tərəfindən yüksək qiymətləndirilir.

Qeyd edək ki, Enzo Fernandes bu ilin yanvarında 25 yaşını tamamlayıb. Onun "Çelsi" ilə mövcud müqaviləsi 2032-ci ilin ortalarına qədər qüvvədədir.







Transfer