- Transfer
- 23:31 06.03.2026
"İnter"in sol cinah müdafiəçisi Federiko Dimarko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Sports Boom"a istinadən məlumatına görə, "Liverpul" italiyalı futbolçunun xidmətində maraqlıdır. Mersisayd təmsilçisi 28 yaşlı futbolçunu komandanın futbolçusu Endryu Robertsona əvəzləyici ilə olaraq nəzərdən keçirir.
"Mançester Yunayted" və "Arsenal" da italiyalı futbolçu ilə maraqlanır.
Dimarko ilə maraqlanan komandalar "neradzurri"yə 75-80 milyon avro təklif etməli olacaqlar. Lakin "İnter"in bu məbləğə belə oyunçunu buraxması ehtimalı azdır. Milan klubu müdafiəçinin müqaviləsini 2030-cu ilə qədər uzatmağa hazırlaşır.
Təcrübəli futbolçu bu mövsüm bütün yarışlarda 35 oyunda meydana çıxıb, yeddi qol vurub və 15 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.