- Transfer
- 18:17 07.03.2026
“Tottenhem” klubunun qapıçısı Qulyelmo Vikariyo karyerasını yenidən İtaliyada davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, 29 yaşlı qolkiperin xidmətində “Roma”, “İnter” və “Yuventus” klubları maraqlıdır. Turin təmsilçisi artıq ilkin təmasları qurub və futbolçu üçün 20–25 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Hazırda transfer uğrunda mübarizədə əsas favorit “İnter” hesab olunur. “Roma” isə vəziyyətin necə inkişaf edəcəyini izləyir.
Cari mövsümdə Vikariyo bütün turnirlərdə 39 oyunda iştirak edib, qapısında 57 qol görüb və 13 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
İtaliyalı qapıçının “Tottenhem” klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.