7 mart 2026. Şənbə

“Yuventus” Kanadalı hücumçusunu yayda sata bilər


  • Transfer
  • 17:23 07.03.2026
  • Oxunma sayı: 48
“Yuventus” Kanadalı hücumçusunu yayda sata bilər

“Yuventus” klubu hücumçusu Conatan Davidi yay transfer pəncərəsində satmağa hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, 26 yaşlı futbolçu yalnız yeni top-hücumçu transfer olunarsa və Duşan Vlahoviç ilə müqavilə uzadılarsa, komandadan ayrılacaq.

İngiltərə Premyer Liqasından aşağıdakı klublar artıq məlumatlandırılıb: “Mançester Yunayted”, “Aston Villa”, “Nyukasl”, “Tottenhem”, “Brayton”, “Everton”, “Sanderlend”, “Nottingem Forest” və “Lids”.

Sözügedən klublar kanadalı futbolçunun xidmətində maraqlıdır və futbolçu üçün yay transfer pəncərəsində zamanı Turin təmsilçisinə təklif göndərəcək. Artıq futbolçunun agentinə də ilkin məlumat göndərilib.

Cari mövsümdə David bütün turnirlərdə 37 oyunda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer

3 top klub arasında mübarizə
  • Transfer
  • 18:17 07.03.2026
3 top klub arasında mübarizə