22 aprel 2026. Çərşənbə

Meyson Qrinvud karyerasını Yaxın Şərqdə davam etdirə bilər


  • Transfer
  • 17:45 07.03.2026
  • Oxunma sayı: 218
Meyson Qrinvud karyerasını Yaxın Şərqdə davam etdirə bilər

“Marsel”in hücum yarımmüdafiəçisi Meyson Qrinvud Fransa çempionatını tərk etməyə yaxındır.

90deqiqe.Az-ın "Lequipe"yə istinadən məlumatına görə, 24 yaşlı futbolçunun xidmətində Səudiyyə Ərəbistanı çempionatından bir neçə klub maraqlıdır. Adı açıqlanmayan klubların artıq ingilis futbolçunun agenti ilə danışıqlara da başlayıb.

Transfer yay pəncərəsində baş tuta bilər.

Qrinvud “Marsel”lə 2029-cu ilin ortalarına qədər müqavilə öhdəliyinə malikdir və onun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Cari mövsümdə vinger 36 oyunda meydana çıxıb, 24 qol vurub və 8 məhsuldar ötürmə ilə diqqət çəkib. 







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro