22 aprel 2026. Çərşənbə

Meyson Mount “Mançester Yunayted”də qalacaq


  • Transfer
  • 17:59 07.03.2026
  • Oxunma sayı: 228
Meyson Mount “Mançester Yunayted”də qalacaq

“Mançester Yunayted”in hücum yarımmüdafiəçisi Meyson Mount yaxın gələcəkdə klubunu dəyişdirməyi planlaşdırmır.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, 27 yaşlı futbolçu cari mövsümdə daha əmin hiss etdiyindən yayda komandadan ayrılmaq niyyətində deyil.

İngiltərə millisinin üzvü əvvəlki illərdə zədələrdən əziyyət çəksə də, bu mövsümdə o qədər çox oyun buraxmayıb.

Cari mövsümdə Mount bütün turnirlər üzrə 19 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir. Transfermarkt portalı hücumçunun bazar dəyərini 32 milyon avro qiymətləndirir.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro