7 mart 2026. Şənbə

3 top klub arasında mübarizə


  • Transfer
  • 18:17 07.03.2026
  • Oxunma sayı: 44
3 top klub arasında mübarizə

“Brentford”un hücumçusu Kevin Şade mövsümün sonunda komandadan ayrılaraq yeni klubda çıxış edə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, 24 yaşlı hücumçunun xidmətində hazırda “Tottenhem”, “Bavariya” və “İnter” klubları maraqlıdır.

Alman futbolçu karyerasında irəliləmək istəyir və “Brentford” onu yaxşı təklif alacağı təqdirdə satmağa hazırdır.

“Arılar” hesab edir ki, vingerdən satışla ciddi gəlir əldə etmək mümkündür. Qeyd edək ki, Şade 2023-cü ilin yayında “Frayburq”dan 25 milyon avroya transfer olunub.

Cari mövsümdə hücumçu bütün turnirlər üzrə 29 oyunda meydana çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.







Transfer

3 top klub arasında mübarizə
  • Transfer
  • 18:17 07.03.2026
3 top klub arasında mübarizə