22 aprel 2026. Çərşənbə

Van de Ven “Tottenhem”dən ayrılmağa hazırlaşır


  • Transfer
  • 23:30 07.03.2026
  • Oxunma sayı: 216
Van de Ven “Tottenhem”dən ayrılmağa hazırlaşır

“Tottenhem” klubunun müdafiəçisi Mikki van de Ven komandadan ayrıla bilər.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, London təmsilçisi niderlandlı futbolçu ilə yeni müqavilə imzalamağa çalışsa da, tərəflər arasında aparılan danışıqlar nəticəsiz qalıb.

Mənbənin məlumatına görə, 24 yaşlı müdafiəçi yay transfer pəncərəsində klubunu dəyişmək ehtimalını nəzərdən keçirir.

Qeyd edək ki, son dövrlərdə van de Ven bir sıra nəhəng klublarla əlaqələndirilir. Onun xidmətində “Real Madrid”, “Barselona” və “Liverpul” klubları maraqlıdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıblar.

Transfermarkt portalına əsasən, futbolçunun transfer dəyəri 65 milyon avro təşkil edir. Onun “Tottenhem”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro