8 mart 2026. Bazar günü

“Mançester Yunayted” “Barselona”nın müdafiəçisini istəyir


  • Transfer
  • 23:34 07.03.2026
  • Oxunma sayı: 44
“Mançester Yunayted” “Barselona”nın müdafiəçisini istəyir

“Mançester Yunayted” klubu gələcək mövsüm üçün heyətini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın "Transfer News Live"ə istinadən məlumatına görə, “qırmızı şeytanlar” “Barselona”nın sol cinah müdafiəçisi Alexandro Balde ilə maraqlanır.

Bildirilir ki, Mançester təmsilçisi 22 yaşlı futbolçu üçün 40 milyon avro təklif etməyə hazırdır. Bundan əlavə, İngiltərə klubunun rəhbərliyi birbaşa futbolçu mübadiləsi variantını da nəzərdən keçirir.

Məlumata əsasən, tərəflər Alexandro Baldenin “Mançester Yunayted”ə keçidi müqabilində Markus Reşfordun “Barselona”ya transferini həyata keçirə bilər.

Qeyd edək ki, Markus Reşford hazırda katalon klubunda icarə əsasında çıxış edir və “Barselona” rəhbərliyi hücumçunu daimi əsasda heyətdə saxlamaq istəyir.

Hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasında üçüncü pillədə qərarlaşıb. “Barselona” isə İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.







Transfer

3 top klub arasında mübarizə
  • Transfer
  • 18:17 07.03.2026
3 top klub arasında mübarizə