9 mart 2026. Bazar ertəsi

“Marsel” “Fulhem”in gənc müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 14:47 08.03.2026
  • Oxunma sayı: 136
“Marsel” “Fulhem”in gənc müdafiəçisini transfer etmək istəyir

"Fulhem"in mərkəz müdafiəçisi Samuel Amissah karyerasını Fransada davam etdirə bilər.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumatına görə, gənc futbolçu oyunu ilə Fransanın "Marsel" klubunun diqqətini cəlb edib.

"Marsel" oyunçu üçün bir sıra Premyer Liqa klubları ilə rəqabət aparacaq. 19 yaşlı futbolçunun "Kottecers"lə hazırkı müqaviləsi gələn ilin iyun ayında başa çatır.

İngilis futbolçu "Fulhem"in əvəzedici komandasında əsas oyunçudur, bu mövsüm onlarda 20 oyun keçirib və dörd sarı vərəqə alıb. Müxtəlif yaşlarda İngiltərənin gənclər komandalarında oynayan Amissah hələ "Fulhem"də rəsmi yarışlarda debüt etməyib.







Transfer