- Transfer
- 22:58 08.03.2026
"Borussiya Dortmund"un yarımmüdafiəçisi Feliks Nmeça "Mançester Siti"yə qayıda bilər.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, "Siti" klubu Nmeçanı "Nottingem Forest"un yarımmüdafiəçisi Elliot Andersona alternativ kimi nəzərdən keçirir.
25 yaşlı futbolçu "Bumblebees"dəki çıxışı ilə "Mançester Siti"nin rəhbərliyini heyran qoyub. Feliks Nmeça 2023-cü ildə "Volfsburq"dan "Mançester Siti"yə 30 milyon avroya keçib.Alman futbolçunun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Bu mövsüm yarımmüdafiəçi "Bumblebees"də bütün yarışlarda 38 oyuna çıxıb, beş qol vurub və üç məhsuldar ötürmə edib. "Transfermarkt" Nmeçanın dəyərini 45 milyon avro qiymətləndirir.