- Transfer
- 22:58 08.03.2026
“Mançester Siti”nin müdafiəçisi Natan Ake "Barselona" klubunun diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın "Catalunya Radio"ya istinadən məlumatına görə, kataloniyalılar bu yay 31 yaşlı futbolçunu komandaya gətirməyi planlaşdırır. Klubun idman direktoru Deku niderlandlı futbolçunun oyun bacarığını yüksək qiymətləndirir.
Eyni zamanda, Ake “Mançester Siti”nin əsas heyətində yerini itirib və onun müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. Bu səbəbdən komanda futbolçunu gələn il pulsuz getməməsi üçün satmaq variantını nəzərdən keçirə bilər.
Natan Akey 2020-ci ildə “Bornmut”dan “Mançester Siti”yə 45 milyon avroya transfer olunub. Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 25 oyunda iştirak edib, lakin məhsuldar göstəriciyə imza atmayıb.