- Transfer
- 22:58 08.03.2026
İngiltərənin "Nyukasl Yunayted" klubu yay transfer pəncərəsində yeni qapıçı ilə güclənməyi planlaşdırır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “sağsağanlar” artıq təcrübəyə malik və transferdən dərhal sonra komandaya fayda verə biləcək qapıçı axtarışındadır. Klub rəhbərliyi hazırkı əsas qolkiper Nik Poupa tam etibar etmir.
Eyni zamanda, "Sauthempton" klubundan icarəyə götürülən Aaron Ramsdeyl mövsümün sonunda yenidən öz komandasına qayıdacaq. “Nyukasl Yunayted” onun transfer hüquqlarını tam şəkildə almağı planlaşdırmır.
Nik Poup "İpsviç Taun" klubunun yetirməsidir. O, karyerası ərzində həmçinin "Çarlton Atletik" və "Bernli" kimi komandaların da formasını geyinib. Qapıçı 2022-ci ildən etibarən “Nyukasl Yunayted”in heyətində çıxış edir.
Poup bu müddət ərzində komandanın heyətində ümumilikdə 126 oyuna çıxıb və həmin qarşılaşmaların 46-da qapısını toxunulmaz saxlaya bilib.