- Transfer
- 22:58 08.03.2026
İtaliyalı mütəxəssis Tyaqo Motta karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az-ın "Corriere dello Sport"a istinadən məlumatına görə, "Yuventus"un sabiq baş məşqçisi "Tottenhem" klubunun namizədləri arasında yer alır.
Hazırda London təmsilçisi İqor Tudor çalışdırır. Lakin “mahmızlar”ın turnir cədvəlindəki mövqeyi klub rəhbərliyini yeni baş məşqçi axtarmağa vadar edə bilər.
Qeyd olunur ki, bundan əvvəl Tyaqo Mottanın adı "Milan" və "Real Sosyedad" klubları ilə də hallanıb. Mütəxəssis 2025-ci ilin martında "Yuventus"dan ayrıldıqdan sonra hazırda işsizdir.
Hazırda "Tottenhem" İngiltərə Premyer Liqasının turnir cədvəlində 29 xalla 16-cı pillədə qərarlaşıb. 18-ci yerdə olan "Vest Hem"in isə aktivində 28 xal var.